Hakerlər Rusiya hərbçilərinin rabitə tezliyində Ukrayna himnini səsləndiriblər.
Bu barədə hakerlərdən birinin “Twitter” hesabında məlumat yayılıb.
Paylaşıma müvafiq görüntülər də əlavə edilib.
Xatırladaq ki, “Anonymous” haker qrupu Rusiyaya müharibə elan edib. Ötən gün onlar Rusiya Müdafiə Nazirliyinin məlumat bazasını “sındırıblar”.