Rusiya ordusunun tankları bu gün Ukraynanın Buça şəhəri istiqamətindən İrpen şəhərinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən çıxara bilib.
Qaziler.az xəbər verir ki, bunu İrpin şəhərin meri Aleksandr Markuşin deyib.
"Biz İrpeni əldə saxlayırıq! Bu gün İrpin 100 % nəzarətimiz altındadır", - şəhər meri vurğulayıb.
O, yerli sakinlərdən evdən çıxmamağı xahiş edib, çünki atəş daima davam edir.
Ukrayna hərbçiləri üçün əlavə hərbi qüvvələr göndərildiyi bildirilir.