Dünya gündəminə düşən ukraynalı cütlük: Nikah kəsdirib cəbhəyə yollandılar - VİDEO

Dünya gündəminə düşən ukraynalı cütlük: Nikah kəsdirib cəbhəyə yollandılar -  VİDEO backend

Ukraynada yaşayan cütlük Rusiyanın Ukraynaya hücumundan sonra may ayına planlaşdırılan nikah gününü qabağa salıblar.

Kiyevdə həyəcan siqnallarının sədaları altında kilsəyə gedən 21 yaşlı Yarina Ariyeva və 24 yaşlı Sviatoslav Fursin nikah kəsdiriblər.

Ölkədən ayrılmağın düşünmədiklərini deyən cütlük nikah kəsdirdikdən sonra könüllü olaraq cəbhəyə yola düşüblər.

“Torpağımız uğrunda vuruşacağıq. Ölə bilərik, ona görə də bundan əvvəl evlənmək istədik”, - deyə Ariyeva deyib.

Gənc proqramçılar bildiriblər ki, onlara hansı vəzifənin həvalə olunacağını bilmirlər:

“Bəlkə bizə zireh verəcəklər, döyüşəcəyik, bəlkə də başqa şeydə köməyimiz dəyəcək”.

Gənc cütlüyün bu addımı dünya mediasında gündəm olub.

Diaspora