Ukrayna Baş Qərargahı: "Düşmən Kiyevi ələ keçirməyə çalışır"

Ukrayna Baş Qərargahı:  "Düşmən Kiyevi ələ keçirməyə çalışır" backend

Rusiya hərbi qüvvələri Kiyev şəhərinə hücum etmək üçün Brovarı və Konotop istiqamətlərindən zərbə endirir.

“Report” Ukrayna Baş Qərargahının feysbukda paylaşılan açıqlamasına əsasən xəbər verir ki, Konotop şəhəri Rusiya ordusunun nəzarətinə keçib.

Həmçinin Belarusun Qomel Şəhər Hava Limanında Rusiya desant qüvvələrini daşıyan “İl-76” təyyarələrinin endiyi də bildirilib: “Qostomel Hava Limanındakı uçuş zolağı yararsız hala düşdüyü üçün düşmən Belarus ərazisindən Qomel – Çernihiv – Kiyev yolu ilə irəliləmək qərarına gəlib”.

Bununla yanaşı, işğal altındakı Krım tərəfdən Xerson – Kaxovka istiqamətində əməliyyat aparan Rusiya ordusunun Melitopol şəhərinə hücum etdiyi, Xarkov və Valuysk şəhərləri istiqamətində ərazi müdafiə qüvvələrinin düşmənin qarşısını kəsdiyi vurğulanıb.

Diaspora