Zelenski müdafiə yardımı tələbi ilə “Buxarest doqquzluğu”na müraciət etdi - FOTO

Zelenski müdafiə yardımı tələbi ilə “Buxarest doqquzluğu”na müraciət etdi -  FOTO backend

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Andjey Duda ilə telefon danışığı keçirib və müdafiə yardımı tələbi ilə “Buxarest doqquzluğu”na  (NATO ölkələri – Polşa, Rumıniya, Estoniya, Litva, Latviya, Slovakiya, Macarıstan, Bolqarıstan, Çexiya) müraciət edib.

“Biz azadlığımızı və torpağımızı müdafiə edirik. Amma bizim effektiv beynəlxalq yardıma ehtiyacımız var. Bunu Andjey Duda ilə müzakirə etdim. Müdafiə yardımı, sanksiyalar, təzyiq (Rusiyaya qarşı – red.) ilə bağlı “Buxarest doqquzluğu”na müraciət etdim”, - deyə o, “Twitter” hesabından yazıb.

“Müharibə əleyhinə koalisiyaya ehtiyacımız var ”, - deyə Ukrayna Prezidenti əlavə edib. (oxu.az)

Diaspora