Çavuşoğlu Ukraynanın İstanbul boğazlarının bağlanması tələbinə münasibət bildirib

Çavuşoğlu Ukraynanın İstanbul boğazlarının bağlanması tələbinə münasibət bildirib backend

“Ukrayna Montrö boğazlar konvensiyasının 19-cu maddəsinə əsaslanaraq Türkiyədən İstanbul boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Amma Montrö konvensiyasında xüsusi bir məqam var. Müharibənin tərəfi olan ölkələrin gəmilərinin öz bazalarına qayıtma tələbi olarsa, o zaman ona icazə verilməlidir”, - nazir vurğulayıb. 

Onun sözlərinə görə, Türkiyə mütəxəssisləri müharibə vəziyyətinin olub-olmadığını araşdırır: “Müharibə vəziyyətini hüquqi cəhətdən qəbul edərsək, bu proses başlayacaq. Bundan başqa, müharibə vəziyyətini qəbul edərsək, Montrö kontekstində hərbi gəmilərin keçidini yasaqlayacağıq. Amma qadağan etsək də, Rusiyanın belə bir hüququ var. Konvensiya hazırlanarkən, Rusiya maddə əlavə edib. Konvensiyanın 19, 20 və 21-ci maddələri bunları tənzimləyir. Sonda da qeyd olunub ki, sahilyanı ölkənin gəmisi öz bazasına qayıtma tələbi ilə keçmək istəyərsə, buna icazə verilməlidir”.

Diaspora