Ermənistanda müharibə veteranları “Zvartnots” hava limanına gedən əsas yolu bağlayıblar.
Apa “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Azərbaycan parlamentinin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun AVTONEST PA-nın Assambleya iclası üçün Ermənistana səfərinə etiraz ediblər.
Onlar, həmçinin, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və İstanbul-İrəvan reysinin açılmasına da qarşı çıxıblar.
Polisin müdaxiləsindən sonra yol açılsa da, etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha geniş aksiyalar keçirəcəklərini deyiblər.