Təbrizdə qırıcı təyyarə qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

Təbrizdə qırıcı təyyarə qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB backend

Təbrizdə baş verən təyyarə qəzasında 3 nəfər ölüb.

Apa-nın Tehran bürosunun məlumatına görə, qırıcı təyyarə məktəbin divarına çırpılıb.

Qəzada iki pilot və bir nəfər mülki şəxs həlak olub.

Ehtimal olunur ki, pilot təyyarənin yaşayış məntəqəsinə düşdüyünü bildiyi üçün katapultadan istifadə etməyib və son ana qədər təyyarəni yaşayış sahəsindən kənarlaşdırmağa çalışıb.

***

10:34

İranda qırıcı təyyarə qəzaya uğrayıb.

Apa Tasnim agentliyinə istinadən xəbər verir ki, qəza Təbriz şəhərində baş verib.

Təyyarə Təbrizin Şəhid Əlipur adına idman kompleksinin binası üzərinə düşüb

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qəzanın səbəbləri araşdırılır.

Diaspora