Pəncə-Pələng əməliyyatında şəhid olan əsgər Ərtoğrul Kösenin ailəsinin yaşadığı evdə yanğın baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, külə çevrilən evdəki şəhid xatirələri heç bir zərər görməyən yeganə yer olub.
Şimali İraqda Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Pəncə - Qaplan hərəkatı" hərbi əməliyyatı zamanı terrorçularla atışmada yaralanan və qaldırıldığı xəstəxanada 2020-ci iinl 21 iyulunda şəhid olan Ərtoğrul Kösenin ailəsinin Osmaniyə rayonundakı evində yanğın olub. İki gün əvvəl baş vermiş yanğında ev demək olar ki, kül olub. Yanğınsöndürənlər yanğınla iki saatlıq mübarizə aparandan sonra nəhayət ki, söndürə biliblər.
Yanğınsöndürənlər tərəfindən söndürülən evdə dəyən ziyanın müəyyənləşdirilməsi zamanı diqqət çəkən detal üzə çıxıb.
Maraqlıdır ki, şəhidin anası Fatma Köse və atası İsmail Kösenin övladının əmanətlərini qorumaq üçün xüsusi olaraq tikdirdiyi otaq alovdan zərər çəkməyib.
Şəhidin əmanətlərinin saxlandığı otağın yanındakı otaqların damı və divarları yanğında tamamilə yararsız hala düşsə də, ailənin tək təsəllisi odur ki, şəhidin fotoşəkillərinin, uniforma və paltarlarının saxlanıldığı otaqda his ləkəsi belə yox idi. Şəhidin şəxsi əşyaları olduğu kimi qalmışdı.
Qaziler.az bununla bağlı video və fotoşəkilləri təqdim edir:
.