Suriya sərhədindəki partlayışlara görə məsuliyyət daşıyan PKK/YPG terrorçusu "Hebat Gever" kod adlı Süleyman Orxan MİT əməliyyatı ilə zərərsizləşdirilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Habet Gever" kod adlı terrorçu Ras əl-Eyndə 6, Tel Abyad-Sulukda isə 9 türk əsgərinin şəhid olduğu hücumlarla bağlı göstəriş verib.
O, yanvarın 8-də Türkiyənin Şanlıurfa şəhərinin sərhədyanı Akçakala rayonunda hərbi karvanın keçdiyi ərazidə əldəqayrıma partlayıcının işə salınmasını təşkil edib.