Türkiyədə avtobus aşıb, 28 nəfər yaralanıb

Türkiyədə avtobus aşıb, 28 nəfər yaralanıb backend

Türkiyədə eyni istiqamətdə hərəkət edən sərnişin avtobusu ilə yük avtomobilinin çarpışması nəticəsində avtobus dərəyə aşıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, ölkənin Qaziantep bölgəsində baş verən olayda avtobusun üçünün vəziyyəti ağır olmaqla 28 sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları, habelə Fövqəladə Halların İdarə Olunması Agentliyinin xilasediciləri cəlb edilib.

Qeyd olunub ki, yük maşının sürücüsü hadisə yerindən qaçıb.

Diaspora