Türkiyə kəşfiyyatçıları daha bir terrorçunu yaxalayaraq ölkəyə gətiriblər

Türkiyə kəşfiyyatçıları daha bir terrorçunu yaxalayaraq ölkəyə gətiriblər backend

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan terrorçu Nuri Gökhan Bozkır Ukraynada yaxalanaraq ölkəyə gətirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları terrorçunu polis orqanlarına təhvil veriblər.

Nuri Gökhan Bozkır 2002-ci il dekabrın 18-də görkəmli tarixçi və yazıçı Nəcip Hablemitoğlunun həlak olduğu terror aktının təşkilində ittiham edilir.

Diaspora