Türkiyə hökuməti dövlətin adının beynəlxalq aləmdə “Turkey” deyil “Türkiye” adlandırılması üçün kampaniyaya başlayıb.
Report xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Ölkəmizin beynəlxalq səviyyədə kimliyini qorumaq, etibar və nüfuzunu daha da gücləndirmək üçün bundan sonra “Turkey” deyil, “Turkiye” kimi yazaq və tələffüz edək”, - nazirlikdən bildirilib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə bildirib ki, xaricdə “Hello Türkiye” adlı kampaniyaya başlayıblar.