Türkiyə Ermənistanla münasibətlərini yalnız 4 ilkin şərt yerinə yetirdikdə normallaşdırmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin keçmiş sədr müavini, hazırda “Tələt Paşa” birliyinə rəhbərlik edən Hasan Korkmazcan deyib.
“Aydınlık” saytı Korkmazcanın sadaladığı şərtlər sırasında bunların yer aldığını qeyd edir:
2020-ci il noyabrın 10-da əldə edilmiş üçtərəfli sazişi dərhal həyata keçirməlidir;
Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir;
Ermənistan “soyqırımı” iddialarından əl çəkməlidir;
Ermənistan Türkiyəyə qarşı düşmənçiliyini dayandırmalı və Şirak bölgəsində türk xalqını aşağılayan abidəni sökməlidir.
Xatırladaq ki, Hasan Korkmazcan ictimai birlik rəhbəridir və onun dedikləri rəsmi mövqe əks etdirmir.