Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisinin şəhid olduğu Şanlıurfanın Akçaqala bölgəsində 44 terrorçu məhv edilib.
Qaziler.az bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulus Akar deyib.
“Akçakaledəki terror hücumundan sonra başladılan cəzalandırma əməliyyatları nəticəsində 44 terrorçu zərərsizləşdirilib”.
Nazir qeyd edib ki, xain hücumdan sonra müəyyən edilmiş hədəflərə qarşı cəza əməliyyatlarına başladılıb.
Şəhidlərə ailələrinə, Türk Silahlı Qüvvələrinə və türk millətinə başsağlığı verən Akar: "Hər hücuma lazımınca cavab veriləcəyi və hesabının sorulacağına heç kimin şübhəsi olmasın" deyib.
Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.