Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdən sonra mətbuata bır sıra açıqlamalar verib.
O bildirib ki, ölkə Avropa İttifaqına tamhüquqlu üzv olmaq niyyətindədir. Lakin proseslə bağlı danışıqları təxirə salmaq üçün addımlar atılır.
"Türkiyə, əvvəllər olduğu kimi, Aİ-yə tamhüquqlu üzv olmağı hədəfləyir. Mən ayrı-ayrı ölkələrin Avropa İttifaqı daxilində “həmrəyliyin” təmin edilməsi bəhanəsi ilə Ankara ilə Aİ arasında dialoqu sabotaj etmək cəhdlərinə imkan verməməyə çağırıram”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, onun dövləti “Aİ ölkələrinin bu gün üzləşdiyi problemlərin həlli üçün açardır”. (oxu.az)
Mənbə: RİA Novosti