"Bu ölkədə korlanmayan nə varsa, hamısını mən etmişəm..." - Saakaşvilinin məhkəmədə çıxışı

"Bu ölkədə korlanmayan nə varsa, hamısını mən etmişəm..." - Saakaşvilinin məhkəmədə çıxışı backend

"Bu zalı mən tikdirmişəm, arxa tərəfdə asdığınız bayrağı mən qaldırmışam, bu kameranı buraya mən qoymuşam, ona görə də mənim harada olmağımı mənə izah etməyə lüzum yoxdur. Bu ölkədə edilənləri və korlanmayan nə varsa, hamısını mən etmişəm. Sizdən fərqli olaraq, mən dörd ali məktəbi bitirmişəm. Mən İvanişvili məhkəməsinə hörmət etmirəm"

 

Moderator.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəmədə çıxışı zamanı ölkənin böhrandan və səfalətdən çıxması planı üzərində işlədiyini bəyan edib.

 

Respublikanın sabiq liderinin sərhədi qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti iclası yanvarın 13-də Gürcüstanın teleşirkətləri tərəfindən birbaşa yayımlanır.

 

"Mən ölkənin xilas edilməsi, böhrandan və səfalətdən çıxması planını hazırlayıram. Bu plan beş il müddətində Gürcüstanın inkişafına gətirib çıxarmağa imkan verəcək. Mən bu hakimiyyətdən fərqli olaraq, bunu necə etməyi bilirəm", - o, belə deyib.

 

Öz çıxışı zamanı Saakaşvili qeyd edib ki, Gürcüstanda sabiq baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" partiyasının hakimiyyətə gəlməsindən sonra ölkədə iqtisadi böhran başladı, kasıb və yoxsul insanların sayı artdı, sosial xidmətlərin işi pisləşdi, işsizlik çoxaldı, iqtisadi inkişaf və turizm yox səviyyəsindədir.

 

"Bu zalı mən tikdirmişəm, arxa tərəfdə asdığınız bayrağı mən qaldırmışam, bu kameranı buraya mən qoymuşam, ona görə də mənim harada olmağımı mənə izah etməyə lüzum yoxdur. Bu ölkədə edilənləri və korlanmayan nə varsa, hamısını mən etmişəm. Sizdən fərqli olaraq, mən dörd ali məktəbi bitirmişəm. Mən İvanişvili məhkəməsinə hörmət etmirəm", - Gürcüstanın sabiq prezidenti əlavə edib.

 

Məsələnin tarixçəsi

 

Ukrayna islahatları Milli şurası icraiyyə komitəsinə başçılıq edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili doğma Gürcüstanın ərazisinə qanunsuz olaraq daxil olub, burada qiyabi olaraq məhkum edilib və yerli hakimiyyət orqanlarına seçkilər ərəfəsində onu həbsxana gözləyir.

2021-ci ilin oktyabrın 1-də Gürcüstanın hüquq-mühafizə orqanları Saakaşvilini Tbilisidə gizli evində saxlayaraq, siyasətçini həbsxanaya salıb, orada o, aclıq elan edib.

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının rəhbərliyi Saakaşvilini ölkədə dövlət çevrilişinə cəhd etməkdə günahlandırıb. Saakaşvilinin 

 

Gürcüstanda peyda olması onun "Vahid milli hərəkat" adlı partiyasına yerli seçkilərdə qalib gəlməsinə yardımçı olmayıb, yerlərin əksəriyyətini hakim "Gürcü arzusu" partiyası qazanıb.

Diaspora