Öz funksiyalarını yerin yetirdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstandan çıxarılacaq.
Bunu Rusiya prezidenti Vladimir Putin KTMT-nin iclasında deyib.
O vurğulayıb ki, sülhməramlı kontingent məhdud müddət ərzində Qazaxıstanda qalacaq.
"Qazaxıstanda vəziyyət tədricən normallaşır, bir sıra vacib obyektlər silahlılardan təmizlənib. Əminəm ki, birgə səylər sayəsində bütün Qazaxıstan ərazisində vəziyyət sabitləşəcək", - deyə V.Putin bildirib.