Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir.
Modern.az-ın məlumatına görə, bunu N.Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.
"Yalan və spekulyativ məlumatlar yaymamağı xahiş edirik. Nursultan Nazarbayev məşvərət görüşləri keçirir və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir. Bundan başqa, N.Nazarbayevin bir sıra ölkə rəhbərləri ilə telefon danışıqları olub", - deyə o bildirib.
Mətbuat katibi əlavə edib ki, sabiq prezident çətinliklərin öhdəsindən gəlmək üçün hər kəsi K.Tokayevin ətrafında sıx birləşməyə çağırır.