Ukrayna Ombudsmanı Saakaşviliyə görə beynəlxalq təşkilatlara müraciət etdi

Ukrayna Ombudsmanı Saakaşviliyə görə beynəlxalq təşkilatlara müraciət etdi backend

Ali Radanın insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin eks-prezident Mixail Saakaşvilini hərbi hospitaldan həbsxanaya köçürmək niyyətini tənqid edib və xarici dövlətlərdən, eləcə də beynəlxalq hüquq müdafiəsi təşkilatlarından bu cür planları qınamağı xahiş edib.

“Gürcüstanın penitensiar xidmətinin Ukrayna vətəndaşı, Ukrayna Prezidenti yanında İslahatlar üzrə Milli Şuranın icraiyyə komitəsinin sədri Mixail Saakaşvilini Qoridəki hərbi hospitaldan yenidən həbsxanaya keçirmək niyyətini pisləyirəm. Xarici dövlətlərdən və beynəlxalq insan haqları təşkilatlarından Saakaşvilinin İnsan Hüquqları və Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsində təsbit olunmuş həyat, sağlamlıq və tibbi xidmət hüquqlarını pozan gürcü rəsmilərinin hərəkətlərini qətiyyətlə pisləməyi xahiş edirəm”, - deyə o, özünün “Telegram” səhifəsində yazıb.

O, həmçinin Gürcüstanın ədliyyə nazirinə Saakaşvili tam sağalana qədər Qoridəki hərbi hospitalda ona ixtisaslı müalicənin göstərilməsini təmin etmək xahişi ilə müraciət edib. (oxu.az)

Mənbə: TASS

Diaspora