İran Türkiyə ilə sərhədi bağladı

İran Türkiyə ilə sərhədi bağladı backend

İran birtərəfli qərarla bu gündən etirabən 15 gün müddətinə Türkiyə ilə sərhəddi bağlayıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, qərar İranda yaşamaq icazəsi olan və ölkəyə giriş vizası alan şəxslərə aid edilməyib.

Məsələ ilə bağlı açıqlama verən Esendərə bələdiyyə sədri Dırbaz Büyüksu qeyd edib ki, Yeni ilə 8 gün qalmış verilən qərarın səbəbi böyük ehtimalla bayram şənliklərilə bağlıdır:

“Bu gün əldə etdiyimiz məlumata görə, dekabrın 24-ü səhər saat 00:00-dan etibarən İranla bütün sərhəd qapılarımız 15 gün müddətinə müvəqqəti bağlanacaq. Şəxsən mən İran dövlətinin qəbul etdiyi bu birtərəfli qərarı 8 gün sonra qədəm qoyacağımız Yeni il bayramı ilə əlaqələndirirəm. İran dövləti bu qərarla öz vətəndaşlarının xaricə getməsinin və Yeni il şənliklərində iştirakının qarşısını almaq istəyir. Ümid edirəm ki, bu qərar çox çəkməyəcək və ən qısa zamanda qapılarımız açılacaq”-deyə, bələdiyyə sədri bildirib.

Diaspora