"İranlılar Gorus-Qafan yolunda azərbaycan yanacağından istifadə edəcəklər"-Erməni deputat

"İranlılar Gorus-Qafan yolunda azərbaycan yanacağından istifadə edəcəklər"-Erməni deputat backend
"Güman edirəm ki, Gorus-Qafan yolunda olan azərbaycanlılar yanacağı ucuz qiymətə satacaqlar. Ona görə də əgər erməni tərəfi onların bu yola daxil olmasına mane olmasa, iranlılar buradan keçib maşınlarına yanacaq doldura biləcəklər".   Bu barədə jurnalistlərə açıqlamasında “Ermənistan” blokunun deputatı Vahe Akopyan məlumat verib.

O əlavə edib ki, bu yol bir neçə səbəbdən iranlılar üçün cəlbedicidir.
  - O daha genişdir, yüklənməyib və burada azərbaycanlıların təklif etdiyi ucuz yanacaq var, - Akopyan deyib.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə SOCAR-ın Gorus-Qafan yolunda yeni yanacaqdoldurma məntəqəsi tikməsi barədə məlumat yayıldı. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “SOCAR PETROLEUM” QSC-nin Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsinin (YDM) istifadəyə verilməsini təsdiqləyib. (azvision.az)
 
Diaspora