Azərbaycan Türkiyəyə nə yardım edə bilər?

Azərbaycan Türkiyəyə nə yardım edə bilər? backend

2021-ci ilin əvvəlində ABŞ dolları Türkiyədə 7,43 lirəyə satılıb. Hazırda kurs 12,02 lirədir.

Novator.az-ın məlumatına görə, iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Türkiyə lirəsinin ucuzlaşmasının qarşısını almağın bir yolu da ölkəyə xaricdən birbaşa sərmayələrin cəlb edilməsidir: “Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə 10 milyard dollar investisiya yatıracağını bəyan edib. Bundan əvvəl Qətər oxşar addım atıb. Statistikaya əsasən, 2003-2020-ci illərdə Türkiyəyə qoyulan birbaşa xarici investisiyaların 15,9 faizi Niderlandın, 7,8 faizi ABŞ-ın, 7 faizi Böyük Britanıyanın payına düşüb. Həmin dövrdə Azərbaycan mənşəli birbaşa sərmayələr 4,3 faiz həddində rəsmiləşib.

Hazırda 1 dollar 12 Türkiyə lirəsi ətrafında müvəqqəti sabitləşib. Bu sabitliyin davamlı olmasına Azərbaycan da bir az kömək edə bilər. Hərbi-texniki təchizatı Türkiyənin müdafiə sənayesi məhsulları hesabına təmin etmək, Türkiyə mallarının Azərbaycanda satışını artırmaq, Türkiyənin əmlak bazarına sərmayələr qoymaq mümkündür.

Ancaq Türkiyə iqtisadiyyatı məzənnə problemini daha çox daxili resursları hesabına həll etməlidir. Dövlət əvvəlki kimi rəqabəti dəstəkləyərsə, iqtisadiyyata qarışmazsa, məzənnə problemi tədricən aradan qalxa bilər”.

Diaspora