Ermənistan ordunun xərcini nə qədər artırır?

Ermənistan ordunun xərcini nə qədər artırır? backend

Ermənistanın 2022-ci il büdcəsinin layihəsi parlament müzakirəsinə təqdim olunub. Sənəddə gəlir proqnozu 1 trilyon 946,2 milyard dram (6,9 milyard manat), xərc proqnozu 2 trilyon 189,2 milyard dramdır (7,8 milyard manat).

Novator.az bildirir ki, layihəyə görə, 2022-ci ildə ordunun xərci 2021-ci ilə nəzərən 10,8% artır.

Sosial müdafiə xərcləri üzrə artım proqnozu 15,1%, səhiyyə xərci üzrə artım proqnozu 4,4% göstərilir.

Layihəyə əsasən, təhsil xərclərində 25,5%, polis orqanının saxlanması xərclərində 3% artım nəzərdə tutulur.

Elmi tədqiqat xərclərini 83%, yüksək texnologiya sənayesi (o cümlədən müdafiə sənayesi) xərclərini 89,4% artırmaq planı var.

Diaspora