Milliyyətci Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Türk dünyasının əhatə etdiyi coğrafiyanın xəritəsini hədiyyə etmişdi.
Bununla bağlı fotolar mediada yayıldıqdan sonra ermənilər və Rusiyanın ermənipərəst dairələri Türkiyənin perspektivdə "Böyük Turan" qurmaq ideyasını rəsmən gündəmə gətirdiyini iddia edərək, hay-küy salmışdılar. Türkiyənin "Böyük Turan" ideyasını məhz Rusiya ərazisində reallaşdırmaq niyyətində olduğunu iddia edərək, Kreml və rəsmi Ankara arasında münasibətləri poza biləcəklərinə ümid bəsləyirdilər.
Ancaq bu ümidlər boşa çıxdı. Çünki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun həmin xəritəyə yönəlik açıqlaması məzmunu ermənipərəst dairələri məyus edə biləcək məzmundadır:
"Türkiyədən olan tərəfdaşlarımızın Türk Birliyi yaratmaq ideyası tamamilə normaldır. Yeganə təəssüf doğuran məqam odur ki, xəritədə Türk dünyasının mərkəzində böyük qırmızı ulduz təsvir edilməyib. Türk dünyasının mərkəzi Türkiyədə deyil, məhz Rusiya ərazisi olan Altayda yerləşir. Bu, bütün türklər üçün müqəddəs yerdir. Çünki türklər kökü həmin əraziyə bağlıdır. Bunu mən sizə bir türkoloq kimi deyirəm".(Musavat.com)