Ərdoğan: “İndiki dünya liderləri arasında ən təcrübəli mənəm”

Ərdoğan: “İndiki dünya liderləri arasında ən təcrübəli mənəm” backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın siyasi liderləri arasında ən təcrübəli olduğunu, bu səbəbdən də dünyanı daha yaxşı tanıdığını bildirib.

Bu barədə R.T.Ərdoğan Türkiyənin Çanaqqala vilayətində gənclərlə görüşündə deyib.

“Mən dünyanı tanıyıram. İndiki dünya liderləri arasında ən təcrübəli mənəm. Bunu özümü tərifləmək üçün yox, digər liderlərlə fərqimi müəyyən etmək üçün deyirəm. Çünki xalqımın kimin kim olduğunu bilməsi vacibdir”, - deyə Türkiyə Cümhuriyyətinin Prezidenti vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyası 2003-cü ildən Türkiyədə iqtidar partiyasıdır.

Mənbə: Türkiyə Prezidentinin rəsmi “Twitter” səhifəsi

loading...
Diaspora