“Saakaşvili çarpayıdan qalxa bilmir“ - Eks-prezidentin həkimi

“Saakaşvili çarpayıdan qalxa bilmir“ -  Eks-prezidentin həkimi backend

Aclıq aksiyasının 44-cü günündə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixeil Saakaşvili xeyli zəifləyib və yataqdan qalxa bilməyib.

Yenisabah.az “Novosti-Qruziya”ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib:

“Saakaşviliyə baş çəkdim. Eks-prezident çarpayıdan qalxa bilmədi".

Kipşidzenin sözlərinə görə, hazırda Gürcüstanın üçüncü prezidenti həbsxana xəstəxanasının baş həkiminin nəzarəti altındadır. 

O əlavə edib ki, Saakaşvili aclıq aksiyasını davam etdirir, lakin eyni zamanda həyati parametrləri saxlamaq üçün zəruri olan dərmanların qəbulunu bərpa edib.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşvilinin vəziyyətinin stabil olduğunu bildirir.

Diaspora