Afina Türkiyəyə qarşı savaşa hazırlaşır

Afina Türkiyəyə qarşı savaşa hazırlaşır backend

Yunanıstan Türkiyəyə qarşı müharibə hazırlığına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hələ bu ilin iyul ayında Fransa yunan ordusuna dörd ədəd “Exocet” raketatan sistemlə təchiz edilmiş bir neçə sahil raket sistemi almağı təklif edib. Mobil sahil müdafiə sistemi olan “Exocet” xüsusi maşınlara montaj edilə bilir. Nəticədə sözügedən sistemlə dənizə girişə mane olma, sahildəki təhdidləri zərərsizləşdirmə kimi fəaliyyətlər həyata keçirilir.

Sistem dünyanın bir çox yerində istifadə olunan “EXOCET MM40 BLOCK 3” raketinin ən son versiyasına əsaslanır. Sistemə daxil olan raketlər 780 kq ağırlığa, 6 metrədək uzunluğa sahibdir. Bundan başqa Yunanıstan ABŞ-dan “ATACMS” sistemlərindən olan və 150 km-lik mənzili olan “BLOCK İVA” raketlərini almaq istəyir.

150 km-dən daha uzaqda olan hədəfləri vurmaq üçün ABŞ-dan “GMLRS-ER” sistemlərinin alınması da gündəmdədir.

Eyni zamanda Yunanıstan Çexiyadan “RM-70 Vampir” raket sistemləri də alıb.

Diaspora