Mixeil Saakaşvili aclığı dayandırır - YENİLƏNİB

Mixeil Saakaşvili aclığı dayandırır -  YENİLƏNİB backend

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Qldani penitensiar xəstəxanasından köçürüləcəyi təqdirdə Strasburq məhkəməsinin qərarını diqqətə alaraq aclıq aksiyasını dayandıracağını açıqlayıb.

Apa-nın yerli bürosunun xəbərinə görə, bu barədə M. Saakaşvili “Mtavari Arxi” telekanalının direktoru Nika Qvaramiaya məktubunda bildirib.

“Mən Strasburq məhkəməsinin qərarını diqqətə alaraq aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul etmişəm. Aclıq aksiyasından sonrakı reabilitasiya aclığın idarə edilməsindən daha çətindir, lakin Qldani xəstəxanasında nə texnoloji imkanlar, nə də müvafiq ixtisaslı həkimlər var”, - M. Saakaşvili qeyd edib.

Sabiq Prezident hazırkı xəstəxanadan işğal xətti yaxınlığındakı Qori hərbi xəstəxanasına köçürülməsini Rusiya xüsusi təyinatlılarının bölgəyə yaxın olduğu üçün özünə təhdid hesab etdiyini qeyd edib. O, həkimlər şurasının yüksək texnologiyalara malik çoxfunksiyalı xəstəxanaya köçürülməsi barədə qərar verməsini xahiş edib. M. Saakaşvili vurğulayıb ki, müvafiq qərar qəbul edilən kimi aclıq aksiyasını dayandırmağa hazırdır.

Qeyd edək ki, qeyri-qanuni yollarla Gürcüstana qayıtdığı bildirilən sabiq Prezident M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə göndərilib. 41 gündür ki, aclıq aksiyası keçirən M. Saakaşvili noyabrın 8-də səhhətindəki problemlərlə əlaqədar Qldani penitensiar xəstəxanasına köçürülüb. Avropa İnsan Haqları Məhkəməsi noyabrın 10-da qəbul etdiyi qərarında M. Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.

***

saat 18:31

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırır.

APA-nın xəbərinə görə, bu barədə TASS onun vəkilinə istinadən məlumat yayıb.

Diaspora