Ermənistanın Syünik vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.
Apa-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, hadisə noyabrın 10-da saat 01:00 radələrində İrəvan-Mehri yolunun 222-ci kilometrliyində qeydə alınıb.
İçərisində hərbçilərin olduğu avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Qəzaya düşən hərbçilərin hamısının eyni hərbi hissədə xidmət etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.