Türkiyənin Adana şəhərində 2019-cu ildə uyuşdurucu əməliyyatında şübhəliləri yaxaladığına görə mükafatlandırılan polis əməkdaşı Cumhur Acarca 24 kq 600 qram heroinlə gözaltına alınaraq həbs edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, yaxalanarkən həmkarlarına ciddi müqavimət göstərib və 3 polis əməkdaşını yaralayıb, onlardan birini maşınla vuraraq qaçmağa cəhd edib.
Cumhur Acarca saxlanarkən həyat yoldaşı da maşında olub.
Narkotik maddə ticarətində şübhəli bilinərək saxlanılan polis əməkdaşı C. Acarca haqqında məhkəmə tərəfindən həbs qərarı verilib. Onun həyat yoldaşı Nurcan Acarca məhkəmə nəzarətində qalmaq şərti ilə sərbəst buraxılıb.