Türkiyə ABŞ-dan "F-16" qırıcılarının tədarükü üçün texniki prosedura başlayıb. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin iclasından sonra jurnalistlərə deyib.
O bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb: "Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir".
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini alması ilə əlaqədar "F-35" qırıcılarının tədarükü prosesini dayandırıb. Türkiyə isə bunun üçün ödədiyi 1,4 milyard dolları hər hansı şəkildə geri alacağını bəyan edib. Həmçinin, rəsmi Ankara alternatiiv variant olaraq "F-16"ların satın alınmasının istisna olmadığını açıqlamışdı. (Azvision.az)