Selçuk Bayraktarın atası dünyasını dəyişdi - FOTO

Selçuk Bayraktarın atası dünyasını dəyişdi - FOTO backend

Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktara ağır itki üz verib.

 

“Qafqazinfo” xəbər verir ki, Selçuk Bayraktarın atası Özdemir Bayraktar 72 yaşında vəfat edib. 

 

Bu barədə şirkət məlumat yayıb.

 

Türkiyə KİV-nin verdiyi məlumata görə, Özdemir Bayraktar sabah Fatih məscidində təşkil olunacaq yas mərasimindən sonra İstanbulda dəfn olunacaq.

 

Qeyd edək ki, Özdemir Bayraktar "Baykar Texnoloji" şirkətinin İdarə heyətinin sədri idi. 

 

Xatırladaq ki, Özdemir Bayraktar “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” dronlarının Qarabağın işğaldan azad olunmasına verdiyi dəstək səbəbilə 2021-ci ildə İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə təltif edilib.

Diaspora