Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi yenidən ölkə mətbuatının gündəminə çevrilib.
Baş nazirin oğlu Aşot Paşinyanın sosial şəbəkələrdə paylaşdığı video narazılıq yaradıb.
Saytlar Paşinyanın oğlunun idman geyimində hərbçilərlə gəzən görüntülərinin İkinci Qarabağ müharibəsi zamanı lentə alındığını iddia edirlər.
- Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyan "İnstagram" səhifəsində hərbi geyimli insanlarla bir yerdə video yayıb. Çox güman ki, bu görüntülər keçən il müharibə zamanı çəkilib. Görünür Aşot müharibənin ildönümündə ötən ilə aid paylaşım üçün bu videonu tapa bilib. Kadrda Anna Akobyan da düşüb.
Qeyd edək ki, Aşot Paşinyanın 44 günlük müharibə zamanı səngərdə olduğu iddia olunurdu.