Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni antiterror əməliyyatının başlanacağına dair məsələyə münasibət bildirib.
APA-nın yerli bürosunun xəbərinə görə, cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Türkiyə ABŞ-ın da dəstəklədiyi terror təşkilatlarına qarşı mübarizə aparmaqda qətiyyətlidir.
O, PKK/YPG terror təşkilatı tərəfindən Suriyadan edilən son hücum nəticəsində iki polisin şəhid olduğunu xatırladıb.
“Bundan sonrakı prosesdə mübarizəmiz çox daha fərqli şəkildə davam edəcək”, - Türkiyə dövlət başçısı vurğulayıb.