Ermənistan indi də Gürcüstanı separatizmlə hədələyir

Ermənistan indi də Gürcüstanı separatizmlə hədələyir backend

Ermənistanın siyası şərhçisi Tevos Arşakyan ölkəsinin Gürcüstana ərazi iddiasının gündəmə gətiriləcəyi xəbərdarlığını edib. O bəyan edib ki, Gürcustan hakimiyyəti antierməni addımlar atmazdan öncə bir “Cavax”ı (Gürcüstan Respublikasının doqquz diyarından biri Cavaxeti nəzərdə tutulur) yada salsınlar.

Erməni siyasi şərhçi sözügedən ərazini erməni torpaqları adlandırıb: “Bu, bizim torpaqlardır. Tiflis ağlını başına yığmasa, biz ”Cavax"dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər".

Bəs məsələ ciddiləşə və Gürcüstan üçün yeni problemə çevrilə bilərmi?

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, erməni siyasi elitası və siyasi analitikləri daim Gürcüstan mövzusunu diqqətdə saxlayırlar. Gürcüstandan azacıq narazı qalanda isə dərhal Cavaxeti məsələsini gündəmə hansısa formada gətirirlər: “İlk baxışda elə təəssürat yaranır ki, Ermənistanla Gürcüstan arasında isti münasibətlər var. Əslində isə belə deyil. Ermənistan Gürcüstana qarşı da ərazi iddiasındadır. İrəvan Tiflisin Bakı ilə sıx əməkdaşlıq etməsini həmişə narazılıqla qarşılayır. Gürcüstanın 44 günlük Vətən müharibəsində tutduğu mövqe də Ermənistanı narazı salmışdı. Artıq belə görünür ki, Ermənistan Gürcüstana ərazi iddialarını ayrı-ayrı siyasi şərhçilərin dili ilə gündəmə gətirir. Qeyd olunduğu kimi, Ermənistanın siyasi şərhçisi Tevos Arşakyanın məlum çıxışı faktiki olaraq qonşu Gürcüstan qarşı açıq-aşkar təhddidir, hədədir və ərazi iddiasıdır. Erməni əhalini ayağa qaldırmaqla hədələmək isə Gürcüstan daxilində yeni separatizm ocağı yandırmaq hədəsidir. Bu tipli bəyanatlar çox ciddi təhlükələrdən xəbər verir. Ona görə də bu məsələ Gürcüstan hakimiyyəti tərəfindən çox ciddi nəzarətə götürülməli, Cavaxeti bölgəsində Gürcüstanın güc strukturları, rəsmi qurumları ciddi işləməli, ciddi nəzarət, təhlükəsizlik tədbirləri görülməlidir. Tiflis İrəvandan gələn hədələrə rəsmi cavab verməlidir. Bütün bunlar edilməsə, Gürcüstan qəfildən çox ciddi problemlə üz-üzə qala bilər. Gürcüstan əhalisi də ayıq-sayıq olmalıdır. Cavaxetidə yaşayan ermənilərin ayağa qalxıb tələblər irəli sürməsi üçün İrəvan hər an düyməni basa bilər. Ermənistan sərhədindəki 4 dövlətdən üçünə ərazi iddiası irəli sürən dövlətdir. Bu faktı da Gürcüstan hökuməti beynəlxalq müstəvidə qaldırmalıdır və Ermənistana beynəlxalq təpki olmasına çalışmalıdır”.


“Yeni Müsavat”

Diaspora