Rusiya Səhiyyə Nazirliyi: Tatarıstanda təyyarə qəzasında 16 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb - VİDEO

Rusiya Səhiyyə Nazirliyi: Tatarıstanda təyyarə qəzasında 16 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb -  VİDEO backend

Tatarıstanda təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb.
 

APA-nın xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Təyyarədə 2 pilot, 20 paraşütçü olub. Qəza nəticəsində ağır xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.
***

saat 11.15

Tatarıstanda aerokluba məxsus təyyarənin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tatarıstanın Menzelinsk rayonunda baş verib.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Təyyarədəkilər paraşütçülər olub.
***

saat 11.07

Tatarıstanda aerokluba məxsus təyyarə qəzaya uğrayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tatarıstanın Menzelinsk rayonunda baş verib.
Yerli vaxtla saat 09.11-də qəzaya uğrayan “L-410” tipli təyyarənin göyərtəsində 20 nəfər olub.
İlkin məlumata görə, 3 nəfər xəsarət alıb.

Diaspora