Mixail Saakaşvili Putinin əsiridir və istənilən an ölə bilər.
Qaziler.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin eks-müavini Georgi Baramidze deyib.
“Eks-prezident nəyə getdiyini bilirdi, lakin o, qələbə üçün özünü qurban verərək, Gürcüstan xalqı qarşısındakı vədini yerinə yetirdi. İndi o, Putinin əlindədir, Putinin əsiridir və əgər Putin onun ölümünü istəsə, istənilən an ölə bilər”, – Baramidze bildirib.