Gürcüstandakı "Vahid milli hərəkat" Partiyasının üzvü Eka Xerxeulidze Rustavi həbsxanasında keçmiş prezident Mixael Saakaşvili ilə görüşü haqda jurnalistlərə məlumat verib.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, bu ölkənin eks prezidenti onu həbs edən hüquq-mühafizə orqanları əməkdaşları və saxlandığı islah müəssisəsinin işçilərindən şikayət etməyib.
"Saakaşvili bildirdi ki, polislər onunla çox nəzakətli davranıblar. O, eyni zamanda, həbsxana rəhbərliyi haqda da müsbət fikirlər söyləyib. Onlar da keçmiş prezidentə qarşı kobud münasibət göstərməyiblər. Saakaşvili bildirdi ki, onu həbs etmək üçün mənzilə daxil olanlar onunla selfi çəkdiriblər" - deyə hərəkat sədri qeyd edib.