Mixeil Saakaşvili 8 ildən sonra Gürcüstana qayıtdı - VİDEO

Mixeil Saakaşvili 8 ildən sonra Gürcüstana qayıtdı - VİDEO backend

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanın Batumi şəhərindədir.

 M. Saakaşvili özünün “Facebook” hesabında Batumidən video yayıb.

M. Saakaşvili öz tərəfdarlarını sabah keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırıb.

“Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə iştirak etməli, Vahid Milli Hərəkat partiyasına səs verməliyik”, - sabiq prezident qeyd edib.

 

09.55

“Sabahın xeyir Gürcüstan! Səkkiz ildən sonra artıq Gürcüstandayam”.

Qaziler.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində belə yazıb.

Qeyd edək ki,bu ölkənin sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.

Sentyabrın axırında o bildirmişdi ki, ölkədə keçirilən bələdiyyə seçkiləri keçirilən gün, yəni oktyabrın 2-də Tbilisiyə qayıdacaq.

Diaspora