Gürcülər erməniləri satqın, oğru sayır, azərbaycanlıları isə...

Gürcülər erməniləri satqın, oğru sayır, azərbaycanlıları isə... backend

Gürcüstanda miqrantlar və etnik azlıq nümayəndələri tez-tez diskriminasiyaya məruz qalır və onlara münasibətdə təhqiredici epitetlərdən istifadə edilir.

Axar.az xəbər verir ki, bu məlumat Gürcüstanın Tolerantlıq və Fərqliliq İnstitutunun hesabatında yer alıb. Məlumata görə, Gürcüstanda fərqli etnik azlıqlara qarşı müxtəlif stereotiplər var.

Hesabatda etnik ermənilərə “yalançı”, “oğru”, “xəsis”, “satqın” sözlərindən, azərbaycanlılara qarşı “təhsilsiz”, “geridə qalmış” ifadələrindən istifadə edildiyi vurğulanıb. Məhz bu amillərin etnik azlıqların cəmiyyətə tam inteqrasiyasına maneə yaratdığı qeyd edilib.

Təşkilatın hesabatında Gürcüstanda dini azlıqlara qarşı bərabər münasibət olmadığı da bildirilib. Üstəlik, etnik azlıqların bir qismi polis tərəfindən irqi ayrı-seçkiliyə məruz qaldıqlarını deyiblər.

Bununla belə bu iddia ilə razılaşmayan respondentlərin sayı da az deyil.

Diaspora