Selçuk Bayraktar: TEKNOFEST yorulmadan əzmlə çalışan millətimizin əsl ruhudur

Selçuk Bayraktar:  TEKNOFEST yorulmadan əzmlə çalışan millətimizin əsl ruhudur backend

TEKNOFEST yorulmadan əzmlə çalışan millətimizin əsl ruhudur. Geridə qalan illərdə TEKNOFEST üçün yola çıxarkən “bir xəyalımız var” deyirdik. İndi bu gün xəyallarımız gerçəkləşməyə, cücərməyə başlayıb. Dünyanın sürətlə dəyişdiyi bu dönəmdə transformasiyanın və inkişafın ən böyük mənbəyinin texnologiya olduğunu görürük.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu fikirləri TEKNOFEST-in İdarə Heyətinin sədri Selcuk Bayraktar Aviasiya, Kosmos və Texnologiya Festivalının (TEKNOFEST) açılışındakı çıxışında səsləndirib.

Bu gün yüksək texnologiya yaradan Türkiyə xəyalını yarışmalara qatılan 200 mindən çox gənc və bütün millətlə paylaşdıqlarını vurğulayan Bayraktar deyib: “Dəyərli gənc qardaşlarım, mühəndis bir yol yoldaşınız olaraq sizlərə tövsiyəm odur ki, önünüzə çıxan maneələr sizi əsla qorxutmasın... Bu gün dünyadakı mühüm media qurumları türk sahibkarların qazandığı nailiyyətlərdən danışır. Uğurlu iş adamlarımız aldıqları sərmayələrlə böyük imkanlar əldə edirlər. Çox deyil, təxminən 20 il əvvəl qarajlarda sizlər kimi gənclərin qurduğu şirkətlər dünyanın ən güclü beynəlxalq şirkətlərinə çevrilib”.

Bayraktar gənclərə tövsiyə edib ki, gələcəyini trendlərinə yönlənmək üçün çox çalışmaq lazımdır. Əzmlə çalışmaqla texnologiya sahəsində dünyanın ən yaxşısı ola bilərik.

TEKNOFEST-in insanlar arasında qardaşlıq əlaqələrini möhkəmləndirən nəhəng bir platforma olduğunu qeyd edən Bayraktar deyib: “Türkiyənin dörd bir tərəfindən gələn gənclər bir-biriləri ilə tanış olub, yarışır və ömür boyu davam edəcək dostluqlar qururlar. Türkiyənin yeddi bölgəsi, 81 vilayəti, müxtəlif rəngləri ilə TEKNOFEST-də təmsil olunur, eyni həyəcan və eyni ideal üçün çalışırlar. Bu gənclərin sayəsində tam müstəqil, güclü Türkiyə hədəfinə hər ötən gün daha bir adım yaxınlaşırıq”.

Diaspora