Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır - Paşinyanın mətbuat katibi

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır -  Paşinyanın mətbuat katibi backend

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır.

Bunu TASS agentliyinə açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan deyib.

O bildirib ki, Yerevan və Ankaranın rəsmi şəxsləri arasında səmərəli təmaslar başlayacağı təqdirdə, bu, baş tuta bilər:

"Hələlik rəsmi şəxslər arasında təmas olmayıb, Ermənistan Nazirlər Kabineti bu cür təmaslara, eləcə də yüksək və ali səviyyədə görüşlərə hazırdır".

Xatırladaq ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan N.Paşinyanın onunla görüş keçirmək istədiyini bildirmişdi. (trend)

Diaspora