"Afina İstanbula hücum etsə, Türkiyə..." - General Karakuş

"Afina İstanbula hücum etsə, Türkiyə..." -  General Karakuş backend

Yunanıstanla müharibə olacağı təqdirdə Türkiyənin əsas yerüstü hədəfi Saloniki şəhəri olacaq.

Axar.az xəbər verir ki, bu barədə istefada olan türk generalı Ərdoğan Qaraquş deyib.

O xatırladıb ki, Yunanıstan ABŞ-ın müttəfiqi olaraq öz ərazisini Amerika hərbi bazasının yerləşdirilməsi üçün təmin edib. Onlardan biri Trakyanın Alekandropolis şəhəri yaxınlığında yerləşir.

Qaraquşun sözlərinə görə, bu forpost tam təchiz olunub və Türkiyə ordusunun quru əməliyyatını əngəlləməyə hazırdır.

Təqaüddə olan hərbçi Afinanın da İstanbulu ələ keçirməyə çalışacağını söyləyib.

Diaspora