İranlı nüvə alimi Fəxrizadənin qətlinin təfərrüatı məlum olub

İranlı nüvə alimi Fəxrizadənin qətlinin təfərrüatı məlum olub backend

İsrail kəşfiyyatı fizik Möhsün Fəxrizadəni aradan götürmək üçün ən müasir texnologiyalardan istifadə edib.

Belə ki, əməliyyatın icrası zamanı yüksəkdəqiqlikli robotlaşdırılmış pulemyot tətbiq olunub.

Məlumata görə, sözügedən silah dəqiqədə 600 dəfə atəş aça bilər. O, bir neçə kamera ilə təchiz edilib və süni intellekt trəfindən peyk vasitəsilə idarə olunub.

Silah ağırçəkili olduğu üçün İran ərazisinə ayrı-ayrı hissələr şəklində keçirilib və orada yığılıb. Pulemyot partlayıcıların quraşdırıldığı avtomobildə yerləşdirilib. Tapşırıq yerinə yetirildikdən sonra avtomobil partladılıb. Lakin partlayış silahı tam olaraq məhv edə bilməyib.

Qeyd edək ki, Fəxrizadə ötən il noyabrın 27-də sui-qəsd nəticəsində öldürülüb. O, İranın nüvə araşdırmaları proqramının rəhbərlərindən olub. (oxu.az)

Mənbə: “The New-York Times”

Diaspora