Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.
“Report”un məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.
Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.
Terrorçulara qarşı əməliyyat davam edir.