Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.
Hadisə Nevşehirdə baş verib.
Belə ki, azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı tərəfindən öldürülüb.
İki uşaq anası olan 53 yaşlı T.Yaman Avanos bölgəsində yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən baş vermiş mübahisə qanlı bitib.
Ev sahibi Duran Aşar ov tüfəngi ilə qadına atəş açıb və öldürüb. O, daha sonra evi tərk edib.
Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb.
Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. (oxu.az)
Mənbə: “sabah.com”