“Yerli peyvəndimiz “TURKOVAK” -ın 3-cü faza tədqiqatı ilə əlaqədar bir çox ölkə ilə müzakirələr aparırıq. Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla bir çox ölkə ilə 3-cü faza araşdırmalarının icrası ilə bağlı danışıqlarımız davam edir".
APA-nın Anadolu Xəbər Agentliyinə istinadən məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
F.Oktay deyib ki, yeni növ koronavirusa qarşı yerli istehsal olan “TURKOVAK” -dan Türkiyə ilə yanaşı başqa ölkələr də yararlana biləcək.
Bununla əlaqədar vitse-prezident Qırğızıstan Prezidenti Sadır Caparovla da bu gün telefonla danışdığını vurğulayıb.
F.Oktay COVID-19-a qarşı Türkiyə istehsalı olan digər peyvənd - VLP vaksinin də 3-cü tətbiq mərhələsində olduğunu bildirib.