Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalında PKK terror təşkilatının bölmələrinə hava zərbələri endiriblər.
Bu barədə “Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hava zərbəsi nəticəsində PKK-nın 2 terrorçusu məhv edilib. Qeyd olunur ki, terrorçular “Pençe Yıldırım” əməliyyat bölgəsində aşkarlanıblar.
Nazirlik antiterror əməliyyatlarının qətiyyətlə davam etdiriləcəyini bildirib.