Türkiyə “Akıncı” PUA-ları ilə dünya müharibə tarixini yenidən yazır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, “Akıncı” PUA-ları Türkiyə sərhədindən kənardakı terror təşkilatlarının bütün düşərgələrini hədəf seçir:
“Terrorçulara göz açmağa imkan vermirik. Məruz qaldığımız bütün hücumlara baxmayaraq, məqsədimizdən heç vaxt dönməyəcəyik”.